Suriyaya hərbi müdaxilə region üçün fəlakət olacaq
29 Avqust 2013 Cümə Axşamı 10:48
İranın ali dini lideri Əli Xamenei Suriyaya mümkün hərbi müdaxilədən danışıb.
İranın ali dini lideri Əli Xamenei Qərb dövlətlərinin Suriyaya hərbi müdaxilə edəcəyi təqdirdə bunun bütün region üçün faciəvi nəticələrə gətirib çıxaracağını bildirib. ANS PRESS-in Reuters-ə istinadən verdiyi məlumata görə, ali dini lider Yaxın Şərqin hazırda barıt anbarını xatırladığını bildirib.
"ABŞ-ın münaqişəyə qarışması region üçün ağır nəticələr verəcək. Yaxın Şərqin gələcəyini proqnozlaşdırmaq çətindir", - deyə Xamenei bildirib.
"Kimyəvi silahın qurbanlarından biri kimi İran bu cür vasitələırin əleyhinədir. Biz Yaxın Şərqdə hərbi əməliyyat məsuliyyətini öz üzərinə götürəcək ölkəni də dəstəkləməyəcəyik", - deyə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif deyib.
Bunadək İranın müdafiə nazirliyinin rəhbəri Hüseyin Dehqan da Qərbin Suriya ilə əlaqədar istənilən hərbi əməliyyatının regionda stabillik və təhlükəsizliyi pozacağını bildirmişdi.
Xatırladaq ki, Suriya ətrafında gərginlik Dəməşq şəhəri yaxınlığında kimyəvi silahdan istifadə edilməsindən sonra yaşanıb. Çərşənbə axşamı Qərb dövlətləri artıq cümə axşamı günü Suriyaya zərbə endirə biləcəklərni açlqlayıblar. Bu gün yayılan məlumatlarda isə ABŞ prezidenti Barak Obamanın Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyata başlamaq haqda hələ yekun qərar vermədiyi bildirilir.
DOSTLARINLA PAYLAŞ: