Suriyaya 100 raket atılacağı güman olunur
29 Avqust 2013 Cümə Axşamı 11:30
Suriyaya qarşı həyata keçiriləcək hücumla bağlı yeni iddialar ortaya atılıb.
İngiltərədə mətbuatı Suriyaya qarşı həyata keçiriləcək mümkün hücumlarla bağlı yeni iddialar ortaya atıb. ANSPRESS-in “Daily Mail”-ə istinadən verdiyi məlumata görə, Qərbin ildırım əməliyyatı ilə başlayacaq hücumu böyük ehtimalla 18 saat davam eəcək və bu vaxt hədəflərə 100-dən çox raket atılacaq. Məqalədə ABŞ təyyarələrinin Türkiyə və Kiprin cənubundan havaya qalxa biləcəyi qeyd olunur. Qəzet həmçinin İngilis donanmasına aid olan sualtı qayıqların Aralıq dənizindəki ABŞ döyüş gəmilərinə qatılaraq onlara dəstək verəcəyini vurğulayır.

Əməliyyatlar zamanı hərbi təyyarələrin Türkiyənin “İncirlik” hərbi bazasından da istifadə etməsi istisna edilməyib.

AP xəbər agentliyi isə Suriyaya müdaxilənin İngiltərənin baş naziri Deyvid Kameronun bugünki təcili toplantısından sonra başlaya biləcəyini bildirib. Qeyd edək ki, Suriyaya mümkün hücum Bəşər Əsəd qüvvələri ilə müxaliflər arasında gedən döyüşlərdə kimyəvi silahdan istifadə olunmasından sonra gündəmə gəlib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar