Suriyanın yeni başçısı kim olacaq?!
30 Avqust 2013 Cümə 15:18
Rusiya irəli sürülən namizədlərin heç biri ilə razı deyil.
Suriyada kimyəvi silahdan dinc xalqa qarşı istifadə edilməsi, Bəşər Əsəd rejimini təhlükə altına alıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ, İngiltərə və Fransa “Bəşər Əsəddən sonra Suriyaya kimin başçılıq edəcəyini” məsələsinin həlli üzərində baş sındırırlar. Beynəlxalq mənbələrə görə, bu sualın cavabı əslində hazırdır.
İddialara görə, Türkiyə Faruk Şara və ya Manaf Tlassı istəyir. Şara, 1984-2006-cı illərdə prezident köməkçisi və xarici işlər naziri olaraq işləyib. Manaf Tlass isə, Əsədin uşaqlıq dostu, rütbəsi olan komandir olub. Buna baxmayaraq, Əsədin vəhşiliyinə qarşı çıxıb ölkəni tərk edib.
ABŞ Suriyaya lider kimi Riyad Hicabı görür. 47 yaşlı Hicab Suriyada eks baş nazir olub.
Fransa da Tlassı bu posta namizəd görür.
İngiltərə isə, Müvəqqəti Hökümət Başçısı Qassan Hitonu namizəd kimi görür.
Ancaq Rusiya bunların heç biri ilə razı deyil.
DOSTLARINLA PAYLAŞ: