Suriyanın müdafiə naziri Davud Raca öldürülüb
18 İyul 2012 Çərşənbə 16:01
Davud Raca kamikadze qurbanı olub.
Suriyanın müdafiə naziri general Davud Raca ölüb. ANS PRESS-in məlumata görə, nazir paytaxt Dəməşqdəki Milli Təhlükəsizlik Xidmətinin binasında baş verən partlayış nəticəsində ölüb.
Bu barədə məlumatı "Reuters" Suriyanın dövlət televiziyasına istinadla yayıb.

Məlumata görə, kamikadze terrorçu binada təhlükəsizlik xidməti rəhbərliyi və Suriya hökuməti nazirlərinin birgə iclası zamanı özünü partladıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar