Suriyalılar can hayında, Esma piy axtarır
22 Avqust 2013 Cümə Axşamı 05:43
Minlerle günahsız insanın öldürüldüyü Suriyada ölkenin birinci xanımı fiqurasını qorumaq derdine düşüb.
Suriyada yerli əhaliyə qarşı amansız qətl törədən Bəşər Əsədin xanımı Əsma Əsədin ramazanda yetim uşaqlara iftar yeməyi verməsini əks etdirən foto şəkillərin müzakirəsi davam edir. Şəklə diqqətlə baxan mütəxəssislər xanım Əsədin qolunda mavi rəngli pəhriz bilərziyi aşkarlayıblar. ABŞ istehsalı olan “Jawbone UP” adlı bilərzik formunu qorumaq istəyən istifadəçisinə bəzi imkanlar verir. Belə ki, istifadəçi bu bilərzik sayəsində neçə kalori sərf etdiyini, nə qədər yuxuya ehtiyacı olduğunu öyrənə bilər. Məlumata görə, bilərziyin qiyməti 129 dollardan başlayır.





DOSTLARINLA PAYLAŞ:

oyunlar