Suriyalı qiyamçılar ukraynalı jurnalist qadının edamını təxirə saldılar
18 Dekabr 2012 Çərşənbə Axşamı 02:29
Onlar Ukraynanın tələblərini yerinə yetirəcəyini gözləyirlər.
Suriya qiyamçıları oktyabrda qaçırdıqları ukraynalı jurnalist Anxar Koçnevanın edamını təxirə salıblar. ANS PRESS-in məlumatına görə, xəbəri Ukraynanın "1+1" telekanalı yayıb. Saytın telekanalında jurnalisti ələ keçirən qruplaşmanın komandirinin müsahibəsin yerləşdirilib. O, deyib ki, Ukraynanın tələblərini yerinə yetirəcəyini gözləyən qiyamçılar qıza ikinci şans verirlər. Amma komandir hansı tələblərdən söhbət getdiyini açıqlamayıb.
Qeyd edək ki, bir müddət əvvəl qiyamçıların 50 milyon dollar tələb etdiyi barədə məlumat yayılmışdı.
DOSTLARINLA PAYLAŞ: