Suriyalı qaçqınlar Türkiyədə üsyan etdi
17 İyul 2012 Çərşənbə Axşamı 06:40
Baş vermiş insidentdə 4 polis xəsarət alıb.
Türkiyənin Kilis şəhərində suriyalı köçkünlərin yerləşdirildiyi konteyner şəhərciyində kifayət qədər su əldə edə bilməyən suriyalılar etiraz aksiyası keçirib. Yerli hökumət orqanlarının və polisin binası qarşısında baş tutan aksiyaya 500-ə yaxın etirazçı iştirak edib. İcazəsiz keçirilən aksiyaya təhlükəsizlik qüvvələrinin müdaxilə etməsi isə qarşıdurmaya səbəb olub. Polisin xəbərdarlıqlarına baxmayaraq, aksiyanı dayandırmayan etirazçılar polisə daşlarla hücum edib. Nəticədə 4 polis əməkdaşı və 10 aksiyaçının yaralandığı bildirilir. Rəsmilərin verdiyi məlumata görə, faktla b ağlı araşdırmalara başlanılıb və araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar