Suriyalı qaçaqmalçılar türk esgerini yandırdı
15 Avqust 2013 Cümə Axşamı 22:27
Ele keçmek istemeyen qaçaqmalçılar yanacaqla dolu bidonları yandırıblar.
Türkiyənin Suriya ilə sərhəddində türk sərhədçinin yanması ilə nəticələnən bədbəxt hadisə baş verib. Bu barədə xəbər Türkiyə Baş Qərargah idarəsinin internet saytında yayılıb. Bildirilir ki, Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla yanacaq gətirməyə çalışan qrupa yerli sərhədçilər müdaxilə ediblər. Bu vaxt ələ keçmək istəməyən qaçaqmalçılar yanacaqla dolu bidonları yandırıblar. Alova məruz qalaraq xəsarət alan əsgərlərdən biri xəstəxanaya çatdırılıb. Daha sonra Ankara GATA-ya çatdırılan hərbçinin vəziyyəti qənaətbəxşdir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar