Suriyalı hakerlər Obamanın saytını dağıtdılar
29 Oktyabr 2013 Çərşənbə Axşamı 00:37
Prezidentin “Twitter” və “Facebook” səhifələrində “Suriya haqqında gerçəkləri danışan” adlı video yerləşdirilib.
“Suriya elektron ordusu”nun (SEA) hakerləri bildirirlər ki, onlar ABŞ prezidenti Barak Obamanın sosial şəbəkələrdəki akkauntlarını dağıda biliblər.
ANS PRESS “Hacker News” saytına istinadən bildirir ki, hakerlər həmçinin prezidentin seçki kampaniyasının aparıldığı saytı da dağıtdıqlarını bildiriblər. Hakerlər əvvəlcə donate.barackobama.com saytına giriblər və müəyyən müddət onu SEA-ya yönəldiblər.
Orada isə “SEA tərəfindən sındırılıb” ifadəsi olub. Amma saytın yazdığına görə, hakerlər prezidentin əsas saytını dağıda bilməyiblər, yalnız onun seçki kampaniyasının istifadə edilən saytına əl uzada biliblər.
Hakerlər prezidentin “Twitter” və “Facebook” səhifələrinə də daxil ola biliblər. Bu profillərər girənlər “Suriya haqqında gerçəkləri danışan” videoya baxa bilərlər. Hakerlər həmçinin prezidentin seçki qərargahının elektron yazışmasına giriş əldə ediblər.
Hazırda sözügedən sayt və səhifələr normal rejimdə işləyir.
DOSTLARINLA PAYLAŞ: