Suriyadan türk mallarına şok qərar
27 Dekabr 2011 Çərşənbə Axşamı 11:20
Ölkəyə gətirilən Türkiyə mallarına 30 % vergi tətbiq olunub.
Türkiyə və Suriya münasibətləri gərginləşməkdə davam edir. İki ölkənin iqtisadi əməkdaşlığı getdikcə daha da sərt xarakter alır. Belə ki, artıq Suriyaya ixrac ediləcək türk mallarına 30% vergi tətbiq olunacaq. ANS PRESS-in Türkiyə kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, artıq bu qərar təsdiq olunub. Bu barədə xəbəri Suriyanın SANA agentliyi də təsdiq edib. SANA yazıb ki, Suriya Xalq Məclisi Tükiyədən idxal edilən malların üzərinə 30 faiz həcmində vergi qoyulması qərarını təsdiqləyib.
Xəbərdə bildirilir ki, alınan həmin vergi inkişaf etməkdə olan kəndlərin tərəqqisinə sərf ediləcək.
DOSTLARINLA PAYLAŞ: