Suriyadan qaçan ermənilər Ermənistana gəlməyə peşman olublar
14 Avqust 2012 Çərşənbə Axşamı 17:35
Suriyada baş verən hadisələr nəticəsində Ermənistana qaçan ermənilər atdıqları addıma peşman olublar.
 Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onlar öz etnik vətənləri hesab olunan ölkədə taleyin hökmunə buraxılıblar. Hökumət isə iddia edir ki, qaçqınların yerləşdirilməsi üçün lazımi tədbirlər görülür. Ermənistanın rəsmi statistikasına əsasən, bu ilin yanvarından etibarən Suriyadan Ermənistana 6248 nəfər gəlib. İlk problemlər "Armavia" şirkəti tərəfindən yaradılıb. Suriyalı ermənilər iddia edirlər ki, təyyarə biletlərinin qiymətləri süni şəkildə qaldırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar