Suriyadakı hücumlarda 102 nefer ölüb
17 Avqust 2013 Şənbə 11:18
Ölənlərin əksəriyyəti dinc əhalidir.
Bəşər Əsəd rejiminə bağlı ordu birlikləri Ənəs ibn Malik məscidi yaxınlığında yerləşən 3 binaya havadan hücum ediblər. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 15 qadın, 15 uşaq olmaqla 30 nəfər olüb.
Dağıntı altından çıxarılan yaralılar dərhal ətrafdakı səyyar xəstəxanalara yerləşdirilib. Suriyada davam edən hərbi əməliyyatlarda isə ümumilikdə 102 nəfər həyatını itirib.
Suriya İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, Əsədə bağlı ordu birlikləri rejim əleyhdarlarına qarşı hava və qurudan həyata keçirdikləri hərbi əməliyyatlar zamanı - Hələbdə 47, Dəməşqdə 21, Derada 12, İdlibdə 7, Deyru və Homusda 5, Hamada 3, Rakka və Kuneytrada hər birində bir nəfər olmaqla 102 nəfər həyatını itirib.
DOSTLARINLA PAYLAŞ: