Suriyada yeni hökumət elan edildi
28 Avqust 2014 Cümə Axşamı 07:02
Əvvəlki kabinetin 19 naziri hökümət postlarını qoruyub saxlaya bilib
Çərşənbə günü Şamda yenə yenidən Vail Nader əl-Halqinin başçılıq etdiyi hökümət elan edilib.
ANS PRESS-in məlumatına görə, dövlətin XİN (Valid Muallem), DİN (Muhammed əş-Şaar) və Müdafiə Nazirliyi (Fəhd Casem əl-Freyc) kimi əsas rəhbərliklər olmaq, əvvəlki kabinetin 19 naziri hökümət postlarını qoruyub saxlaya bilib.
Nazirlərin əksəriyyəti iqtidarda olan Ərəb Sosial Dirçəliş Partiyasına aiddirlər. Əl-Halqiyə kabineti qurmaq üçün 19 gün vaxt verilib.
Qeyd edək ki, Əl-Halqi keçmiş səhiyyə naziri olub. Prezidentə məxsusi yaxınlığı ilə seçilən Əl-Halqi 2012-ci ilin 9 avqustunda baş nazir elan edilib. Belə ki, onun Suriyadan qaçıb İordaniyaya sığınan sələfi Riad Fərid Hicab Əsədə qarşı çıxaraq müxalifətə qoşulmuşdu.
DOSTLARINLA PAYLAŞ: