Suriyada vəziyyət gərgin olaraq qalır
22 Mart 2012 Cümə Axşamı 09:56
Suriya yerli kordinasiya komtisənin verdiyi məlumata görə, ötən gün paytaxt Dəməşqlə yanaşı Hələb şəhərində ardıcıl partlayışlar törədilib.
Suriyada vəziyyət gərgin olaraq qalır. Suriya yerli kordinasiya komtisənin verdiyi məlumata görə, ötən gün paytaxt Dəməşqlə yanaşı Hələb şəhərində ardıcıl partlayışlar törədilib. Partlayışlar nəticəsində azı 27 nəfər öldürülüb. Məlumata görə, Dəməşq şəhərində törədilən partlayış hökumətin kəşfiiyyat binası yanında baş verib. "Əl-Nüsrə" cəbhəsi adlı silahlı qruplaşma özlərinin vebsaytında hadisəyə görə məsuliyyəti üzərlərinə götürdüyünü bildirib. ABŞ hökuməti isə hadisəyə görə, "Əl-Qaidə" qruplaşmalarını günahlandırıb. Ölkədə davam edən zorakılıq kadrları isə gəlməkdə davam edir. Ötən gün Həma şəhərində çəkilmiş yeni həvəskar kadrlarda Əl Mədiq qalasının təhlükəsizlik qüvvələri tərəfindən atəşə tututlması görüntüləri yayımlanıb. Homsda çəkilmiş kadrlarda isə yola uzanmış yaralı şəxsin xilas edilməsi görüntüləri nümayiş etdirlib. Məlumata görə o snayper gülləsinə tuş gəlib.
Fəalların sözlərinə görə, təhlükəsizlik qüvvələri ilə azad Suriya ordusunun əsgərləri arasında döyüşlər paytaxt Dəməşqdə və Homs şəhərində aramsız davam edir. Lakin məlumata görə, Azad Suriya Ordusunu silah ehtiyatı artıq tükənmək üzərədir.
BMT-nin növbəti iclasında isə Suriya hökumətinə və müxalif qüvvələrə ölkədə zorakılığa son qoymaqla bağlı növbəti çağırış ünvanlanıb. İclasda, həmçinin, Suriyada zorakılığa son qoyulması ilə bağlı 6 maddəlik sülh planı qəbul edilib. Plan BMT-nin 15 nümayəndəsi, həmçinin, Rusiya və Çin tərəfindən təsdiqlənib. Plana əsasən, 1. Suriya hökuməti xalqın tələblərinə uyğun olaraq xüsusi təmsilçi ilə çalışmağı üzərinə öhdəlik götürməli və müzakirələrin başladılması üçün razılıq verməli; 2. Suriyada davam edən əməliyyatlara son qoymalı; 3. xəsarət alan insanlara humanitar yardım edilməsi üçün hər gün 2 saatlıq atəşkəs etməli; 4. səbəbsiz yerə həbs edilən məhbusları azad edilməli; 5. jurnalistlərə sərbəst işləməyə imkan verməli; 6. sərbəst toplaşmaq və aksiyalar keçirmək üçün xalqa şərait yaratmalıdır.
Onu da qeyd edək ki, BMT-ni hesablamlaraına görə, Suriyada ötən ilin mart ayından etibarən başlayan iğtişaşlarda ölənlərin sayı 8000-i ötüb. Müxalifət isə minlərlə insanın həbs edilərək işgəncələrə məruz qaldığını bildirib. Türkiyə isə ötən gün ölkəyə keçən suriyalı qaçqınların sayının 29 mini keçdiyini bildirib.
DOSTLARINLA PAYLAŞ: