Suriyada son döyüşlərdə 70 nəfər ölüb
17 İyun 2012 Bazar 15:49
Ən çox zərbənin Dəməşq ətrafı ərazilərə dəydiyi bildirilir.
Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında toqquşmalar davam edir. Müxalifət mənbələrinin məlumatına görə, ötən gün döyüşlər zamanı azı 70 nəfər ölüb. Bombardman və toqquşmalar barədə xəbərlər ölkənin, demək olar ki, bütün ərazilərindən gəlir. Son günlərdə ən güclü zərbənin isə paytaxı Dəməşq ətrafındakı ərazilərə endirildiyi bildirilir.
Dünən BMT-nin Suriyadakı müşahidəçi missiyası da zorakılığın artması səbəbindən öz fəaliyyətinə son verib.
DOSTLARINLA PAYLAŞ: