Suriyada qaçqın uşaqların sayı 1 milyonu keçib
24 Avqust 2013 Şənbə 01:11
Bu sayda qaçqın Ruanda soyqırımından bu yana görünmemiş hadisedir.
BMT agentlikləri bildirirlər ki, Suriyadan qaçmağa məcbur olan uşaqların sayı “utancverici həddi” – bir milyonu keçib. ANS PRESS-in "BBC"yə istinadən verdiyi məlumata görə, UNİCEF daha 2 milyon uşağın Suriya daxilində məcburi köçkünə çevrildiyi ilə bağlı məlumat yayıb.

BMT-nin baş katibi Ban Ki-moonun verdiyi məlumata görə Suriyada münaqişə başlanandan bəri 100 mindən artıq insan həlak olub. Baş katib həmçinin Dəməşq yaxınlığında bu günlərdə baş verdiyi iddia olunan kimyəvi silah hücumunun “təxirə salınmadan” təhqiqatına çağırıb.

BMT bildirir ki, hazırda uşaqlar Suriyadan didərgin düşənlərin yarısını təşkil edirlər. Bu uşaqların 75 faizinin yaşı 11-dən azdır. BMT-nin ali komissarı Antonio Guterres deyib ki, “Suriya gəncləri evlərini, ailə üzvlərini və gələcəklərini itirirlər. Hətta sərhədi keçib salamat əraziyə çatdıqdan sonra belə onlar psixi travma almış, sarsılmış və ümidsiz olurlar”.

Bununla belə, BMT-nin Suriya üçün rica etdiyi yardım məbləğinin yalnız 40 faizi toplanıb və qaçqınların ehtiyaclarını ödəmək son dərəcə çətindir. Qaçqın uşaqların yalnız 118 mini alababat təhsil almaqda davam edir və uşaqların beşdə birinin psixoloji müalicəyə ehtiyacı var.

UNİCEF-in icraçı direktoru Anthony Lake deyib ki, "biz bu müqnaqişədə iztirab çəkən uşaqlara görə utanc hiss etməliyik”.

BMT bildirib ki, Suriya münaqişəsi son 20 ilin ən ağır qaçqın böhranını yaradıb. Bu sayda qaçqın Ruanda soyqırımından bu yana görünməmiş hadisədir. BMT xəbər verir ki, Suriyada prezident Bəşər əl-Əsədin hakimiyyətinə qarşı 2011-ci ilin martında başlamış münaqişə nəticəsində 1 milyon 700 min nəfər qaçqın kimi rəsmi qeydiyyata alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar