Suriyada ölənlərin sayı 100 min nəfəri ötdü
26 İyul 2013 Cümə 09:30
BMT baş katibi Suriya münaqişəsinə son qoymağa çağırıb.
Suriya münaqişəsində 2011-ci ildən bəri 100 mindən çox insan həlak olub. Bunu ABŞ dövlət katibi Con Kerri ilə görüşündə BMT baş katibi Ban Ki Mun bildirib. Nəzərə çatdıraq ki, bundan əvvəl ki təqribi itki sayı kimi 93 min nəfər göstərilirdi. Ban Ki Mun 2 il yarım davam edən münaqişə nəticəsində, milyonlarla insanın məcburi köçkün və qonşu ölkələrə qaçqın düşdüyünə diqqət çəkib. Baş Katib (beynəlxalq ictimaiyyətin) buna son qoymalı olduğunu vurğulayıb. BMT rəhbəri son günlər gündəmdə olan kimyəvi silahdan istifadə məsələsinə də toxunub.
“Kimyəvi silahdan istifadə halları üzrə təhqiqat qrupunun başçısı cənab Selstrom və mənim Tərksilah məsələləri üzrə ali müşavirim Eyncela Keyn yenicə Suriyaya çatıb və hazırda araşdırmanın detallarını müzakirə etmək üçün Suriya hökümətinin ali rəsmiləri ilə görüşlər keçirirlər. Onlar Suriyadan qayıdandan sonra mənə hesabatı təqdim edəcəklər”, Ban Ki Mun bildirib.
Təhlükəsizlik Şurasında şərqi Konqo da gedən döyüşlərlə bağlı çıxış etməyə hazırlaşan ABŞ dövlət katibi eynilə Suriya məsələsinə toxunaraq, münaqişənin hərbi həlli yolunun müzakirə predmeti olmadığını nəzərə çatdırıb.
“Suriya münaqişəsinin hərbi həlli yolu yoxdur. Yalnız siyasi yolla məsələni çözmək olar. Bununla bağlı lazımı şəxslərin müzakirə masasına gətirilməsi üçün rəhbərliyə müraciət edəcəyəm.Dünən Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla bu barədə müzakirə etmişik. Biz əvvəlki kimi, ilk Cenevrə konfransı hədəflərinin reallaşması üçün tərəfləri İkinci Cenevrə konfransına toplamağa israrlıyıq və bunun ən tez şəkildə həyata keçməsi üçün əlimizdən gələni edirik”, ABŞ dövlət katibi Con Kerri əlavə edib.
DOSTLARINLA PAYLAŞ: