Suriyada növbəti qətliam: 20 ölü, 30 yaralı
11 Mart 2013 Bazar Ertəsi 10:38
Raqqa şəhərinə növbəti aviazərbələr qanlı nəticələnib.
Suriyanın bu yaxınlarda üsyançıların əlinə keçmiş Raqqa şəhərində növbəti qanlı gün yaşanıb. Hökumət təyyarələrindən endirilmiş aviazərbələr nəticəsində azı 20 dinc sakin ölüb, 30 nəfər də yaralanıb.

Aviazərbələr Raqqanın Rumallah rayonuna endirilib. Burada ölənlərin arasında qadın və uşaqların çoxluq təşkil etdiyi bildirilir.

Hadisə yerində lentə alınmış həvəskar kadrlardan da yerli sakinlərin şok keçirdiyini görmək mümkündür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar