Suriyada müxalifətçilərin kütləvi həbsinə başlanılıb
04 Noyabr 2011 Cümə 02:32
Rəsmi Dəməşq “Ümumxalq qəzəb günü” ərəfəsində narahatdır.
Suriya ordusunun xüsusi dəstələri Xoms şəhərinin kütləvi etirazların baş qaldırdığı məhəllələrini atəşə tutur. “Əl Cəzirə”nin məlumatına görə, şəhərin ötən gün zirehli texnika yeridilən küçələrində iriçaplı pulemyotların səsi eşihidilir
Suriya müxalifətinin elan etdiyi “ümumxalq qəzəb günü” ərəfəsində hakim rejiminin əleyhdarları arasında tuthatut başlayıb. “Qəzəb günü” bu gündür və cümə namazından sonra kütləvi aksiyalar planlaşdırılır.
Dəməşqin 165 kilometrliyində yerləşən Xomsda son sutka ərzində 22 nəfər ölüb. Paytaxtın yaxınlığındakı Latakiya, Deraa və Xama və Deyr-əz-Zor şəhərlərində də vəziyyət gərgindir.
Suriyadakı müxalifə Milli Şuranın nümayəndəsi İmad Rəşid hakimiyyəti daxili siyasi böhranın aradan qaldırılması üzrə “yol xəritəsi”nə əməl etməməkdə günahlandırıb. “Yol xəritəsi” noyabrın 2-də Qahirədə Ərəb Dövlətləri Liqasının iclasında təsdiqlənib. Plan Suriya hakimiyyətindən etiraz aksiyalarını zorla yatırılmasından çəkinməyi, saxlanılan nümayişçiləri azadlığa buraxmağı və qoşunları şəhərlərdən çıxarmağı tələb edir.
DOSTLARINLA PAYLAŞ: