Suriyada müşahidəçilərin yolunu gözləyirlər
15 Aprel 2012 Bazar 19:39
Rəsmi Dəməşq BMT Təhlükəsizlik Şurasının müşahidəçilərin göndərilməsi haqda qərarını alqışlayır.
Suriya hökuməti BMT Təhlükəsizlik Şurasının Dəməşqə müşahidəçilərin göndərilməsi barədə qərarını alqışlayır. ANS PRESS-in “Röyters”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Bəşər Əsədin mətbuatla əlaqələr üzrə müşaviri Butaynu Şaaban çıxış edib. Onun sözlərinə görə, müşahidəçilər Suriyada hökm sürən atəşkəsin icrasına nəzarət edəcək.

Müşahidəçilərin ilk qrupu Suriyaya bu axşam gələcəyi bildirilir. Sabahdan onların öz səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar