Suriyada müharibə başlayarsa...
Suriyaya hərbi müdaxilə üçün bəhanələrin axtarışı böyük hərbi-siyasi faciəyə gətirib çıxara bilər. ANS PRESS-in “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatı Rusiya Federasiyası Xarici İşlər Nazirliyi verib. Nazirliyin nümayəndəsi Aleksandr Lukaşeviç bəyanatında bildirib ki, Rusiya ABŞ-ı və digər dövlətləri dialoqa çağırır.
Onun sözlərinə görə, Suriya məsələsini BMT-nin Təhlükəsizlik Şurasına çıxarmamaq cəhdi növbəti dəfə Suriya məsələsi fonunda Yaxın Şərq və Şimali Afrika regionunda faciəvi silahlı konfliktin qızışmasına səbəb ola bilər.
Qeyd edək ki, Lukaşeviçin bəyanatı ABŞ-ın rus-amerikan görüşünü təxirə salması nəticəsində yayılıb. Diplomat qeyd edib ki, “Cenevrə-2” konfransını çağırmaq vacibdir.