Suriyada mobil rabitə və internet tamamilə kəsildi
02 Avqust 2012 Cümə Axşamı 14:28
Suriyada mobil rabitə və internet tamamilə kəsildi. Bu ölkə ətraf aləmdən tamamilə təcrid olunub.
Susiyada mobil və şəhər telefon rabitəsi tamamilə kəsilib. ANS PRESS-in məlumatına görə, bunadək ölkə ərazisində beynəlxalq telefon əlaqəsi kəsilmişdi. Bu gün səhərdən etibarən Suriyada internetə çıxış da tamamilə kəsilib.

Qeyd edək ki, son günlər Suriyada Hələb şəhəri uğrunda üsyançılar və Bəşər Əsəd qüvvələri arasında qanlı döyüşlər gedir. Bu şəhərin gələcəkdə ölkədə nəzarəti ələ keçirmək yolunda vacib məntəqə olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar