Suriyada lisey bombalandı
29 Sentyabr 2013 Bazar 20:26
Bombardman zamanı 14 şagird ölüb, 30 şagird yaralanıb.
Suriyada Əsəd güclərinə aid döyüş təyyarəsi Rakka şəhərində liseyi bombalayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya Yerli Koordinasiya Komitəsi tərəfindən verilən açıqlamada bombardman zamanı 14 şagird ölüb, 30 şagirdin isə yaralandığı bildirilir.
Hücum zamanı yaralanan bəzi tələbələrin vəziyyətlərinin ağır olduğu qeyd edilən açıqlamada, yaralıların səhra xəstəxanalarında müalicə olunduğu bildirildi.
Suriya Koordinasiya Komitəsi rejim güclərinin ölkənin şimalındakı bir çox şəhərdə hava hücumu planlaşdırdığını vurğuladı.
DOSTLARINLA PAYLAŞ: