Suriyada kimyəvi silahların məhvinə başlanılır
06 Oktyabr 2013 Bazar 15:33
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının 33 nəfərdən ibarət ekspert qrupu qrupu bu ölkəyə gedib.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) ekspertləri Suriyanın kimyəvi silahlarının zərərsizləşdirlməsinə başlayıb. Bu barədə təşkilata istinadla "Reuters" məlumat yayıb.
Əvvəl Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin ekspertlərin kimyəvi silahlarla bağlı yoxlamalara oktyabrın 7-də başlayacağını açıqlamışdı.
KSQT Suriyaya gedən qrupu 33 nəfərdən ibarətdir. Onların arasında Rusiya,ABŞ,Böyük Britaniya,Çexiya,Özbəkistan,Çin,Kanada,Niderland,Tunisdən olan vətəndaşlarda var. Qrupun əksəriyyəti - 19 nəfəri təşkilatın müfəttişidir.
DOSTLARINLA PAYLAŞ: