Suriyada kimyəvi silahlardan istifadə olunduğu sübut olunur
24 Avqust 2013 Şənbə 05:55
Ağ Ev sözçüsü: kütləvi qırğın silahlarından istifadə faktı sübut olunarsa, bu, ABŞ-ın milli təhlükəsizlik maraqlarına ciddi zərbə vuracaq.
Ağ Ev sözçüsü Josh Earnest, ABŞ prezidenti Barak Obamanın Suriya ilə bağlı açıqlamasına aydınlıq gətirib.
ANS PRESS-in Türkiyə mətbuatyına istinadən verdiyi məlumata görə, Ağ Ev sözçüsü, Prezident Obamanın təsdiqlədiyi məsələnin əslində Suriyada baş verənlərlə bağlı bir hesabat olduğunu bildirib.
Onun sözlərinə görə, bəzi dəlillər kimyəvi silahlardan istifadə faktını ortaya qoyur: “Prezident Obama bu hadisəni narahatlığa səbəb olacaq bir hadisə kimi qiymətləndirib. O, kütləvi qırğın silahlarının yayılmamasını zəmanət altına almaq, əlaqələrimiz baxımından bu mövzunun diqqətə saxlanılacağına inanmaqdadır”.
Earnest, bu hadisənin həm də beynəlxalq cəmiyyətin də diqqətini cəlb edən bir tələb edən bir məsələ olduğunu, və bunun üçün Xarici İşlər naziri Jonn Kerrinin artıq müttəfiqlərlə danışıqlara başladığını qeyd edib: “Uzun müddətdir ki, Suriya məsələsində bütün variantların masa üzərində olduğunu söylədik. Bununla bərabər, prezident Obama, mövcud vəziyyətdə hərbi müdaxilənin Amerikanın mənafeyinə ciddi zərbə vuracağını açıq şəkildə bildirib”.
Ağ Ev sözçüsü, ABŞ prezidentinin yeridəcəyi düzgün siyasətin ölkənin milli maraqlarını qoruyacağını vurğulayıb. Onun fikrincə, kütləvi qırğın silahlarından istifadə faktı sübut olunarsa, bu, ABŞ-ın milli təhlükəsizlik maraqlarına ciddi zərbə vuracaq.
DOSTLARINLA PAYLAŞ: