Onlardan Türkiyəyə qarşı sövdələşmə vasitəsi kimi istifadə olunacaq.
Bir müddət əvvəl Suriyada itkin düşən türkiyəli iki jurnalistin bu ölkədə təsir gücünə malik İran kəşfiyyatçılarının nəzarətində olduğu bildirilir. Məlumata görə, jurnalistləri nəzarətdə saxlayan şəxslər onlardan Türkiyəyə qarşı sövdələşmə vasitəsi kimi istifadə etməyə hazırlaşır. Belə ki, iki jurnallistin Türkiyədə yaşadığı iddia olunan İran rejim müxalifləri ilə mübadiləsinin tələb olunacağı bildirilir.
Cənubi Koreya səfərindən qayıdarkən yolüsytü Tehrana getməsi planlaşdırılan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın bu məsələni də gündəmə gətirməsi gözlənilir.
Jurnalistlərin isə İrana aparılmadığı, Suriyada təhlükəsiz bir yerdə saxlanıldığı, onların səhhətinin yaxşı olduğu bildirilib.
Xatırladaq ki, “Gerçək Həyat” jurnalının Yaxın Şərq müxbiri Adem Özköse və onu müşayiət edən operator Hamid Coşqun bir neçə həftə əvvəl Suriyada vəzifə borclarını yerinə yetirərkən itkin düşmüşdülər.