Suriyada hərbi kəşfiyyat qərargahının qarşısında partlayış törədilib
20 May 2012 Bazar 11:22
Ötən günki partlayış zamanı 9 nəfər ölüb, 100 nəfər yaralanıb.
Ötən gün Suriyanın Deyr-əz-Zor şəhərində hərbi kəşfiyyatın qərargahı önündə törədilmiş partlayış nəticəsində ölən və yaralananların sayı açıqlanıb. Suriya dövlət televiziyasının məlumatına görə, avtomobilə yerləşdirilmiş parlayıcı qurğunun işə düşməsi nəticəsində 9 nəfər ölüb, 100 nəfər yaralanıb. Dövlət televiziyası və suriyalı rəsmilər partlayışlar barədə ətraflı məlumat verməsə də, şahidlər partlayışın hərbi kəşfiyyat qərargahının önündə baş verdiyini və partlayışdan sonra atışma olduğunu bildiriblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Suriyanın paytaxtı Dəməşqdə də iki partlayış nəticəsində 50-dən çox adam ölmüşdü.
DOSTLARINLA PAYLAŞ: