Suriyada hakim partiyanın ofisi partladıldı
21 Fevral 2013 Cümə Axşamı 15:22
Dövlət televiziyası Dəməşqdəki partlayışı "terror aktı" adlandırıb.
Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib. Yerli telekanalların məlumatına görə, üsyançılar hakim "Bəəs" partiyasının baş ofisinin girişində partlayıcı qurğu olan avtomobili partladıblar. Ölən və yaralıların olduğu bildirilsə də, onların sayı barədə hələlik dəqiq məlumat yoxdur.
Partlayışın baş verdiyi yerdən şəhərə qara tüstü yayılır. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları cəlb edilib.
Suriya dövlət televiziyası baş vermiş partlayışı terror aktı adlandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar