Suriyada gərginlik: 100 ölü
24 Aprel 2014 Cümə Axşamı 12:15
Bəşər Əsəd qüvvələrinə məxsus tanklar müxalif güclər tərəfindən ələ keçirilib.
Suriyadakı müxalif mövqeyli döyüşçülər hökümət qüvvələrinə hücum ediblər. ANS PRESS-in məlumatına görə, “Nüsrət Cəbhəsi” adlı müxalif quruplaşmanın üzvləri Homs bölgəsində Bəşər Əşəd tərəfindən vuruşan döyüşçülərə qarşı bombalı hücum ediblər.

Hücum nəticəsində 100-dən çox Əsəd tərəfdarının həlak olduğu bildirilir. Tərəflər arasında baş verən silahlı atışma nəticəsində Əsəd qüvvələrinə məxsus silahlı texnikaların da müsadirə edildiyi bildirilir.

Həmçinin bombalı hücum zamanı döyüçülərə məxsus tanklar da müxalif güclər tərəfindən ələ keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar