Suriyada geniş amnistiya elan edildi
01 İyun 2011 Çərşənbə 00:46
Amnistiya siyasi dustaqlara da şamil olunub
Suriya prezidenti Bəşər Əsəd ölkədə geniş amnistiya elan edib. Məlumatı Suriyanın dövlət televiziyası yayıb. Amnistiya siyasi cərəyanların, o cümlədən, “Müsəlman qardaşları” təşkilatının üzvləri də daxil olmaqla 31 may 2011-ci ilədək törədilmiş cinayətləri əhatə edir.

Prezidentin fərmanında o da deyilir ki, əgər zərərçəkən tərəfin etirazı olmasa, xüsusilə ağır cinayətlər törətmiş şəxsləri cəzası yarıya endiriləcək.

Amnistiya Suriya hakimiyyətinin kütləvi etirazların baş qaldırdığı ölkədəki gərginliyin aradan qaldırılması istiqamətində atdığı növbəti addımdır. Etirazlar martınq ortalarında İordaniya sərhəddə yerləşən Deraa şəhərindən başlayıb və sonradan bir sıra başqa regionlara da keçib.

Suriyalı hüquq müdafiəçilərinin iddiasına görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda təxminən 1000 nəfər ölüb. Rəsmi məlumatlarda isə bildirilir ki, silahlı terrorçü elementlərin hərəkətləri nəticəsində 120-dən çox hərbi qulluqçu və təhlükəsizlik qüvvələri əməkdaşı həlak olub. Suriya hakimiyyəti ölkədə baş verənlərin məsuliyyətini silpahlı terrorçuların daşıdığını bəyan edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar