Suriyada əsir olan ispaniyalı jurnalistlər sərbəst buraxılıblar
31 Mart 2014 Bazar Ertəsi 06:34
Suriyada 6 aydan çoxdur ki, terrorçu qüvvələrin əlində əsir olan iki ispaniyalı jurnalist sərbəst buraxılıblar.
El Mundo qəzetinin hər iki əməkdaşı ötən gün ölkəsinə geri qayıdıb.

Müxbir Xavier Espinoza və fotoqrafçı Rikardo Qarsiya Vilanovanın əl-Qaidə dəstələri tərəfindən saxlanıldığı məlum idi.

Paytaxt Madriddə mətbuat konfransına çıxan mediya nümayəndələri onlara göstərdikləri dəstəyə görə hər kəsə təşəkkür ediblər. Bununla belə, jurnalistlər Suriyada yaşadıqları çətin günlərlə bağlı ətraflı açıqlama vermək istəyiblər. «Bağışlayın, biz bu barədə heç bir şey deyə bilmərik. Bu, bizdən asılı deyil» - deyə Vilanova qeyd edib.

Jurnalistlərin daha sonra Torrexon hava limanında ailə üzvləri görüşü xeyli emosional olub.

Suriyada 2011-ci il mart ayından indiyə qədər iştişaşlar zamanı azı 30 jurnalist öldürülüb, çoxlu sayda jurnalist isə itkin düşüb. Hazırda itkin sayılan jurnalistlərdən azı 9-u xarici mediya nümayəndəsidir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar