Suriyada ermənilər olan avtobus atəşə tutuldu: 1 ölü
24 İyul 2013 Çərşənbə 03:10
Hadisə nəticəsində 15 nəfər yaralanıb.
Hələbdən Beyrut şəhərinə gedən içərisində ermənilər olan sərnişin avtobusu Suriya müxalifətçiləri tərəfindən atəşə tutulub.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, insident nəticəsində bir erməni qadın ölüb.

Hadisə nəticəsində ümumilikdə 15 nəfərin yaralandığı bildirilir. Ermənistan XİN hadisənin baş vermə səbəblərini araşdırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar