Suriyada ermeni herbçi ölüb
14 Dekabr 2013 Şənbə 21:37
Suriyadakı herbi münaqişelerde 15 nefer ermeni milletinden olan esger helak olub.
Suriyada Ayk Oqardaşyan adlı ermeni herbçi ölüb. ANS PRESS-in “Khabar Armani” saytına istinaden verdiyi xebere göre, helak olan ermeni esgeri ölmemişden önce vesiyyet edib ki, onun tabutu ermeni ve Suriya bayraqları ile örtülsün.
Suriyanın Heleb şeherindeki “Müqeddes Boqorodiça” kilsesinde keçirilen defn merasiminde merhumun esger dostları onun ailesine başsağlığı veribler.
Xatırladaq ki, Suriyadakı herbi münaqişelerde 120 minden çox insan heyatını itirib. Ölenlerin arasında 65 mülki, 15 nefer ise ermeni milletinden olan esger helak olub.
DOSTLARINLA PAYLAŞ: