Suriyada ərəb ölkələrinin səfirliklərinə hücumlar başladı
13 Noyabr 2011 Bazar 03:16
Kütlə Səudiyyə Ərəbistanının Dəməşqdəki səfirliyini dağıdıb, Qətər səfirliyini də eyni aqibət gözləyir.
Suriyanın paytaxtı Dəməşqdə kütləvi iğtişaşlarla müşayiət olunan küçə nümayişləri başlayıb. Kütlə Dəməşqin mərkəzində Səudiyyə Ərəbistanının səfirliyinə soxulub və binanı talan edib. Mitinqçilər Qətərin səfirliyini də mühasirəyə alıblar. Qahirədə Ərəb Dövlətləri Liqasının iclasına sədrliyi Qətər edib. İclasda Suriyanın qurumdan çıxarılması barədə qərar qəbul olunub.
Yalnız Yəmən və Livanın xarici işlər nazirləri Bəşər Əsəd hakimiyyətinə qarşı sərt tədbirlərə qarşı çıxıblar. Siyasi təmasların dayandırılması ilə yanaşı, Suriyanı qonşu ərəb ölkələrinin iqtisadi sanksiyaları da gözləyir.
Qətərin baş naziri, şeyx Həməd bin Casim bin Cabir Al Tani bəyan edib ki, rəsmi Dəməşq ölkədə vəziyyətin normallaşması ilə bağlı “yol xəritəsi”nin bütün müddəalarını yerinə yetirmədən Suriyanın Ərəb Dövlətləri Liqasındakı fəaliyyəti bərpa edilməyəcək.
DOSTLARINLA PAYLAŞ: