Suriyada ən qanlı gün: 110-dan çox adam öldürüldü
22 Dekabr 2011 Cümə Axşamı 03:37
Fransa XİN bunu “görünməmiş miqyasda qətl” adlandırıb.
Suriyada cəmi bir gün ərzində - dekabrın 20-də 111 nəfər öldürülüb. Məlumatı “Reuters” agentliyi “Syrian Observatory for Human Rights” hüquq müdafiəsi təşkilatının nümayəndələrinə istinadən yayıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, çərşənbə axşamı Suriyanın şimal-qərbindəki İdlib əyalətindəki vadidə hökumət qoşunları bir qrup üsyançı və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərini gülləbaran edib. İki saat davam edən atışma nəticəsində vadidəkilərin hamısı güllələnib.

Bundan başqa, hərbi hissələri könüllü şəkildə tərk etmiş 100-ə yaxın hərbçinin bəziləri öldürülüb, qalanları isə yaralanıb. Beləliklə, “Syrian Observatory for Human Rights” hesab edir ki, qurbanların sayına görə dekabrın 20-si Suriya inqilabının ən qanlı günlü olub.

Fransa XİN İdlib əyalətində 100-dən çox adamın öldürülməsini “görünməmiş miqyasda qətl” adlandırıb. Rəsmi Paris BMT Təhlükəsizlik Şurasını Suriyaya qarşı sərt qətnaməni dərhal qəbul etməyə çağırıb. ABŞ da dekabrın 20-də baş verənlərdən ciddi narahatlıq keçirdiyini bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar