Suriyada cümə namazından sonra azı 24 nəfər öldürülüb
22 Oktyabr 2011 Şənbə 11:33
Müammər Qəddafinin ölümü suriyalı müxalifətçilərin sırasını genişləndirib.
Suriyada cümə namazından sonra başlayan etiraz aksiyası zamanı azı 24 nəfər öldürülüb. Müxalifət fəallarının məlumatına görə, nümayişlər dağıdılarkən Homs şəhərində daha çox tələfat olub.

Artıq bir neçə aydır ki, Suriyada hər cümə namazından sonra etiraz aksiyaları keçirilir. Müammər Qəddafinin ölümündən sonra ötən gün etiraz aksiyası iştirakçılarının sayı daha çox olub.

Nümayişçilər prehident Bəşər Əsədin istefasını və demokratik islahatların aparılmasını tələb edirlər. Etiraz aksiyaları martdan indiyədək davam edir. BMT-nin hesablamalarına görə, ötən yarım il ərzində Suriyada etiraz aksiyalarının yatırılması zamanı 3000-dən çox adam ölüb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar