Suriyada canlı novruz məşəli
23 Mart 2012 Cümə 06:54
Kürd bayrağını elektrik dirəyindən asmaq cəhdi faciəvi ölümlə nəticələnib.
Suriyada keçirilən novruz bayramı tədbirlərində 17 yaşlı kürd əslli oğlan 8 metrlik elektrik dirəyindən yıxılaraq ölüb. Məlumata görə, bayram tədbirinin keçirildiyi meydanda kürd bayrağını asmaq üçün yüksək gərginlik xəttinin keçdiyi dirəyə dırmaşan Mübarək Saleh Həsəni tok vurub. Bir anda alovlanan Saleh Həsən 8 metr hündürlükdən yerə çırpılıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Mübarək Saleh Həsənin həyatını xilas etmək mümkün olmayıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar