Suriyada BMT nümayənde heyetine silahlı hücum
27 Avqust 2013 Çərşənbə Axşamı 01:31
Suriyada kimyevi silahdan istifade faktını araşdıran qrup sanyper terefinden ateşe tutulub.
BMT Baş katibi Ban Ki-Mun, Suriyanın paytaxtı Şamda fəaliyyət göstərən BMT nümayəndəsi Angela Kane ilə görüşündə, nümayəndə heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün Suriya hökumətinə və müxalifətə xəbərdarlıq etməyi tələb edib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, BMT Baş katibi açıqlamasında, nümayəndə heyətinin artıq Şam şəhərində araşdırmalara başladığını, amma qrupa məxsus avtomobilin şəhər yaxınlığında naməlum snayperlərdən atəşə tutulduğunu bildirib.
Qrupun xəstəxanada şahidlər, zərər çəkmişlər və həkimlərlə görüşdüyünü və bəzi nümunələr götürdüyünü qeyd edən baş katibin sözlərinə görə, Sellstromdan ilk məlumatları öyrənmək üçün bir müddət gözləmək lazımdır.
BMT Baş katibliyinin əməkdaşı Farhan Haq, jurnalistlərə açıqlamasında qrupun araşdırmanı başa vuraraq Şama geri döndüyünü, araşdırmalara sabah davam edəcəklərini deyib.
F.Haq, nümayəndə heyətinin snayperlər tərəfindən atəşə tutulması faktını təsdiqləyib.
DOSTLARINLA PAYLAŞ: