Suriyada baş verenler insanlığa sığmır
24 Avqust 2013 Şənbə 03:48
Avropa İttifaqı naziri, baş verenlere göre sesini çaxartmayanları cinayetkar adlandırıb.
Türkiyənin Avropa İttifaqı (Aİ) ilə münasibətlər üzrə naziri Egemen Baxış, Suriyanın paytaxtı Şamda kimyəvi silah istifadə edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

ANSP RESS-in xəbərinə görə, TRT-Türk telekanalına müsahibə verən E. Baxış bildirib ki, Suriyada kimyəvi silahdan istifadə ilə bağlı etirazını bildirməyən hər kəs bu hadisəyə görə məsuliyyət daşıyır.

Ölənlər arasında körpə uşaqların da olduğunu deyən Baxış, ortaya çıxan faktların insanlığa sığmadığını dilə gətirib. O, baş verən qırğının kimlər tərəfindən törədilməsi ilə bağlı müxtəlif fikirlərin səsləndirildiyini, belə bir vəhşiliyin baş verəcəyi ilə bağlı ehtimallların bir neçə müddət əvvəldən söyləndiyini deyib.

Onun sözlərinə görə, qırğının baş vermə səbəbi və hadisənin kimlər tərəfindən törədilməsi faktı daha əhəmiyyətlidir.

“Bu hadisəni törədənlər müsəlman və insan belə ola bilməz” – deyə E.Baxış qeyd edib: “Heç kim hadisəni başqalarının üstünə atmağa çalışmasın. Bu hadisədə hamı məsuliyyət daşıyır. Qırğınlar başladıqdan sonra ədlə qucaqlaşan, onunla əməkdaşlıq etməyə çalışan, və ya buna səssiz qalan hər kəs bu hadisəyə görə məsuliyyət daşıyır”.

Bu hadisəyə görə yalnız Türkiyənin vicdan əzabı çəkmədiyini söyləyən nazir, ölkəsinin yalnız bir məsələdə primitiv münasibət göstərdiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar