Suriyada avtobus minaya düşdü, ölənlər və yaralananlar var
28 Dekabr 2011 Çərşənbə 02:39
Avtobus fəhlələri daşıyırmış.
Suriyada fəhlələri daşıyn avtobus minaya düşüb. Hadisə nəticəsində 6 nəfər ölüb, 4 adam yaralanıb. Yaralılardan birinin vəziyyəti çox ağırdır. Məlumatı SANA agentliyi yayıb.

İnsident İdleb əyalətinin Arika şəhərindən 7 kilometr şərqdə, Aleppo-Latakiya avtomobil yolunda baş verib. Tekstil firmasının daşıyan avtobus silahlıların yerləşdirdiyi iki minada partlayıb. Yolun partlayış baş verən hissəsində hər biri 1 metr diametrində iki çala əmələ gəlib. Yaralılar İdleb şəhərindəki xəstəxanaya çatdırılıblar.

Bundan başqa, İdleb əyalətində hökumət qoşunları ilə Türkiyə-Suriya sərhəlini keçsəyə cəhd edən silahlı dəstə arasında atışma baş verib. Qruplaşmanın bir neçə üzvü ldürülüb və yaralanıb. Həmçinin, hökumət qoşunları çoxlu sayda silah, sursat, hərbi forma, saxta şəxsiyyət vəsiqələri və müasir rabitə vasitələrini ələ keçiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar