Suriyada atılan mərmi Türkiydə partladı
28 İyul 2013 Bazar 09:06
Tarlada suvarma işləri ilə məşğul olan Türk vətəndaşı həlak olub
Suriyada PKK ilə müxalifətçilər arasında atışma zamanı bir türk öldürülüb, iki nəfər yaralanıb.

ANS PRESS-in Türkiyə Silhlı Qüvvələrinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Rasulyan qəsəbəsində davam edən atışma zamanı mərmilərdən biri Türkiyə ərazisinə düşüb. Nəticədə tarlada suvarma işləri ilə məşğul olan 43 yaşlı Şükrü Kahraman həlak olub. Onun oğlu Mehmet və Ahmet müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar