Suriyada Almaniya vətəndaşları oğurlanıb
30 İyun 2013 Bazar 01:57
Onlar ay yarım əvvəl itkin düşüblər.
Suriyada Almaniyanın "Grünhelme" humanitar təşkilatının üç əməkdaşı oğurlanıb. Təşkilatın təsisçisi Rupery Noydek bildirib ki, Almaniya vətəndaşları ay yarım əvvəl itkin düşüblər, lakin bu barədə indi xəbər vermək qərara alınıb.

Söhbət mexanik, texnik-memar və mühəndisdən gedir. Noydek deyib: "Ümid edirdik ki, biz özümüz onların yerini müəyyənləşdirə biləcəyik". O, Almaniya XİN, Kansler Angela Merkel və BMT-dən Suriya müxalifəti və rəsmi Dəməşqlə birgə həmin şəxslərin azad olunması üçün mümkün olan hər şeyi etməyi xahiş edib.

Nazirliyin nümayəndəsi bildirib ki, Almaniya XİN-də məsələnin həlli üçün "böhran qərargahı" yaradılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar