Suriyada 80 nəfər öldürülüb
22 İyun 2013 Şənbə 12:09
Bəşər Əsədə bağlı ordu qüvvələri havadan və qurudan hücuma keçib.
Suriyada Bəşər Əsədə bağlı ordu qüvvələrinin müxtəlif şəhərlərdə keçirdiyi əməliyyat nəticəsində 80 nəfər öldürülüb. ANS PRESS-in məlumatına görə, bu barədə Suriya İnsan Haqları Birliyi məlumat yayıb. Məlumata görə, ordu qüvvələrinin hava və quruda keçirdiyi əməliyyatlarda Dəməşqdə 24, Hələbdə 16, Deyruz Zorda 10, İdlibdə 7, Haseke, Dera və Kuneytrada 3 nəfər, Rakka şəhərində isə bir nəfər qətlə yetirilib.
Suriyanın rəsmi xəbər agentldiyi SANA-nın yaydığı məlumatda isə bildirilir ki, əməliyyatlar zamanı çoxlu sayda silahlı qruplaşma zərərsizləşdirilib.
DOSTLARINLA PAYLAŞ: