Suriyada 64 ölüm
22 Oktyabr 2013 Çərşənbə Axşamı 12:23
Aparılan əməliyyatlar zamanı müxaliflər xeyli itki veriblər.
Suriyada davam edən toqquşmalar zamanı 64 nəfər həyatını itirib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hökumət qüvvələrinin müxtəlif şəhərlərdə ağır silahlarla və zirehli texnika ilə apardığı əməliyyatlar zamanı Hüms, Dəra, Hələb, İdlib və.s şəhərlərdə müxaliflərdə gərgin toqquşmalar yaşanıb.

Suriyanın rəsmi dövlət agentliyi "SƏNA" isə aparılan əməliyyatlar zamanı ölkə daxilində xeyli sayda silahlı qrupların zərərsizləşdirildiyini bildirir. Döyüş əməliyyatları həyata keçirilərkən mərmilərdən biri Suriyanın İordaniya ilə olan sərhəddində olan evə düşüb. Ər-Rəmsa şəhərində qeydə alınan mərmi partlayışı zamanı ölən və yaralanan olmayıb. İordaniya rəsmiləri isə açıqlama verməzdən əvvəl mərminin kim tərəfindən atıldığının dəqiqləşdirilmədiyini bildiriblər.







DOSTLARINLA PAYLAŞ:

oyunlar