Suriyada 46 müxalifət tərəfdarı həbs edilib
03 Aprel 2011 Bazar 13:16
Dünən Dəməşq, Duma, Xoms və Dəraa şəhərlərində nümayişlər keçirilib.
Suriyada da ötən gün toqquşmalar davam edib. Ölkənin bir neçə şəhərində kütləvi nümayişlər baş tutub. On minlərlə adam Bəşər Əsəd rejiminə qarşı çıxıb. Paytaxt Dəməşq və ətraf ərazilərdə müxalifət fəalları həbs edilib. 46 nəfərin həbs olunduğu bildirilir.

Motosikletlə hərəkət edən naməlum şəxslər Xoms şəhəri yaxınlığındakı Əl-Bayedə ərazisində dinc sakinlərə atəşə tutub. Dəməşq yaxınlığındakı Duma şəhərində evlərin damından snayperlər nümayişçilərə atəş açıb, bir neçə nəfər ölüb, onlarla adam yaralanıb.

Suriyanın cənubundakı Dəraa əyalətində "Azadlıq şəhidləri günü" elan edilib. Hüquq müdafiəçiləri son 2 həftə ərzində bu regionda ölənlərin sayının 80-i keçdiyini bildirirlər.

Paytaxt Dəməşqdə hakim rejimin tərəfdarları dəyənəklərlə silahlanaraq, mərkəzdəki məscid yaxınlığında nümayişçilərə hücum ediblər. 10-dan çox adam xəsarət alıb. Son bir neçə sutka ərzində Suriyada toqquşmalarda azı 13 nəfər ölüb. Ölkə rəhbərliyi nümayişçilərin ölümündə polisin günahkar olmadığını bəyan edərək, məsuliyyəti silahlı qruplaşmaların üzərinə qoyur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar