Suriya üzre danışıqlar dayandırılıb
28 Yanvar 2014 Çərşənbə Axşamı 23:35
Cenevrede Suriya probleminin helli üzre danışıqların axşam sessiyası texire salınıb. Demeşq hakimiyyeti keçid hökumeti meselesinde qerbin teklifleri ile razılaşmır.
Cenevrede Suriya probleminin helli üzre danışıqların axşam sessiyası texire salınıb.

ANS PRESS “Azadlıq” radiosuna istinaden bildirir ki, buna sebeb Demeşq hakimiyyetinin keçid hökumeti meselesinde qerbin teklifleri ile razılaşmaması olub. Amma keçid hökumetin vacibliyi barede hele Suriya üzre «Cenevre-1» danışıqlarında bildirilmişdi.

Buna göre de danışıqların vasiteçisi, BMT-nin ve ereb Liqasının Suriya üzre xüsusi nümayendesi Lahdar Brahimi axşam meslehetlemelerini texire salıb. Seher sessiyasından sonra Suriya müxalifetinin temsilçisi Lue es-Sefi bildirib ki, eger Beşer esedin qüvveleri Homs şeherinin merkezini mühasireden çıxararsa, qiyamçı ordu istenilen yaşayış menteqesinin mühasiresini leğv ede biler.

Demeşq yalnız Homsa deyil, Muadamiyye, Duma, ermuk, Mleiha ve Barzeh şeherlerine humanitar yardım buraxmır. ABŞ-dan bildiribler ki, Esed rejimi Cenevre danışıqlarına maneçilik gösterir.

Cenevrede Suriya münaqişesinin terefleri arasında ilk birbaşa danışıqlar yanvarın 25-de başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar