Suriya üsyançılarının lideri Rusiyanı hədələdi
04 İyun 2013 Çərşənbə Axşamı 10:12
Səlim İdris BMT TŞ-ya yazdığı məktubda Rusiyadan Suriyaya müdaxiləyə mane olmamağı tələb edib.
Suriya müxalifəti Rusiyadan beynəlxalq ictimaiyyətin Suriya münaqişəsinə müdaxiləsinə mane olmaq cəhdlərinə son qoymağı tələb edib və Livan ərazisində hərbi əməliyyatlarla hədələyib. Bu barədə Qərb kütləvi-informasiya vasitələri "Azad Suriya Ordusu"nun Ali hərbi şurasının rəhbəri Səlim İdrisin BMT-nin Təhlükəsizlik Şurasına məktubuna istinadən xəbər verir.
Suriya silahlı müxalifətinin bu cür bəyanatına ötən gün Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasının əl-Quseyr şəhərindəki döyüşlərə dair qətnaməsinə veto qoyması əsas verib.
"Ali hərbi şura Əl-Quseyr sakinləri adından Rusiya Federasiyasından beynəlxalq müdaxiləyə mane olmaqdan çəkinməyi tələb edirik", - Səlim İdrisin müraciətində belə deyilir.
Suriya üsyançılarının liderinin BMT-nin Təhlükəsizlik Şurasına məktubu sabah Cenevrədə Rusiya, ABŞ və BMT nümayəndələrinin Suriyaya dair görüşü ərəfəsində göndərilib.
Qeyd edək ki, üsyançılara rəhbərlik etməzdən əvvəl Səlim İdris Suriya ordusunda general olub və o, sonuncu dəfə martın 15-də, Suriya münaqişəsinin başlanmasının 2-ci ildönümündə suriyalılara və dünya ictimaiyyətinə müraciət etmişdi.
DOSTLARINLA PAYLAŞ: