Suriya üsyançıları Suriya-Türkiyə sərhədində nəzarəti ələ keçirib
21 İyul 2012 Şənbə 10:47
Azad Suriya Ordusu belə bir bəyanatla çıxış edib.
Suriyada rejimə qarşı fəal döyüşlər aparan Azad Suriya Ordusu üsyançıların Suriya - Tükiyə sərhədi boyunca idarəetməni ələ keçirdiyini bildirib. Bu barədə açıqlama verən ordu komandirlərindən birinin müavini Mühənnəd İssə qeyd edib ki, Strateji baxımdan vacib əhəmiyyət kəsb edən və Türkiyə vasitəsilə Avropaya qapı olan Bab əl-Haua şəhəri üsyançılar tərəfindən ələ keçirilib. Onun sözlərinə görə, hökumət qüvvələri artıq bu bölgədən istifadə edə bilməyəcək.
"Dəməşqdə dövlət rəsmilərinə qarşı törədilən partlayış vəziyyəti Azad Suriya Ordusunun xeyrinə dəyişdi. Bu dəyişiklik hökumət daxilində qərarların alınmasında qarışıqlığa səbəb olacaq", - deyə İssə sözlərini bildirib.
Çıxışı zamanı Sanksiya məsələsinə də toxunan İssə qeyd edib ki, Rusiya ilə Çinin rejimə qarşı tədbiq edilən sanksiyalara qarşı çıxması xalq üçün elə də əhəmiyyət kəsb edir. Çünki, onun sözlərinə görə, üsyançılar döyüşlərə başlayanda Allahdan başqa onlara heç kimin etməyəcəyini bilirdilər.
"Biz öz hüquqlarımızı necə bərpa etmək lazım olduğunu bilirik. Rusiyaya buradan təşəkkür etmək istəyirəm. Çünki onların silahları artıq bizimdir", - deyə İssə əlavə edib.
DOSTLARINLA PAYLAŞ: