Suriya üsyançıları orduya məxsus qırıcı təyyarəni vurublar
31 Dekabr 2012 Bazar Ertəsi 11:51
Yerüstü qarşıdurmalar zamanı isə, Azad Suriya Ordusunun əsgərləri Suriya ordusuna məxsus tankı partladıblar.
Suriyada davam edən döyüşlərin mərkəzi Hələb vilayətinə yönəlib. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün ölkənin təhlükəsizlik qüvvələri Əzəz şəhərində üsyançılara qarşı əməliyyatlar keçirib. Raket zərbələri nəticəsində 6 yaşayış məntəqəsinin dağıdıldığı, nəticədə isə azı 11 nəfərin öldürüldüyü bildirilir.
Yerüstü qarşıdurmalar zamanı isə, Azad Suriya Ordusunun əsgərləri Suriya ordusuna məxsus tankı partladıblar. Fəallar, həmçinin, döyüşlər zamanı orduya məxsus qırıcı təyyarələrdən birini vurduqlarını bildiriblər.
Qeyd edək ki, Suriya müxalifəti ötən ilin mart ayından etibarən başlayan döyüşlərdə indiyə kimi 45 mindən çox insanın öldürüldüyünü, yüzlərlə insanın isə həbs edilərək işgəncələrə məruz qaldığını bildirir. Zorakılıqlardan baş götürüb qaçıb insanlar isə qonşu ölkələrə sığınmağa çalışır. Təkcə Türkiyədə yerləşdirilən köçkünlərin sayı, rəsmilərin verdiyi məlumata görə, 150 mini keçib.
DOSTLARINLA PAYLAŞ: