Suriya üsyançıları Əsəd əsgərləri ilə döyüşdə daha bir uğur qazandılar
23 İyul 2012 Bazar Ertəsi 09:43
"Azad Suriya Ordusu" Suriya-Türkiyə sərhədində yerləşən Əssalam sərhəd keçidini ələ keçirib.
Suriya ordusu üsyançıların paytaxt Dəməşqin Barzex rayonuna hücumunu dəf edib. Şahidlərin sözlərinə görə, hazırda hökumət qüvvələri paytaxtın bu rayonunda üsyançı hədəflərini atəşə tutmağa davam edir, zirehli maşınlarla piyada qüvvələri isə rayonda hərəkət edirlər. Suriya insan haqları müdafiəçiləri hökumət qüvvələrinin Dəməşqin Mazzex rayonunda da nəzarəti yenidən ələ keçirdiyini bildirirlər. Döyüşlər Suriyanın ikinci böyük şəhəri olan Hələbdə də davam edir.

Bu arada, üsyançılar Suriya-Türkiyə sərhədində yerləşən Bar-əs-Salam şəhərində yerləşən Əssalam sərhəd keçidini də ələ keçiriblər. Üsyançılar keçid məntəqəsinə "Azad Suriya Ordusu"nun bayrağını sancıblar. Bununla da, Suriya üçüncü sərhəd keçidi müxalifət qüvvələrinin əlinə keçib. Daha əvvəl isə üsyançılar Karablus və Bab-əl-Hava sərhəd keçidlərini ələ keçirmişdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar